Balakəndə avtomobil çaya düşdü, üç nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə avtomobil çaya düşdü, üç nəfər xəsarət aldı

Hadisə

11 May 2021 20:21 1173


Balakəndə minik avtomobili çaya düşüb, biri ağır olmaqla üç nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqataladan Balakən şəhəri istiqamətindəhərəkətdə olan “VAZ 21099” markalı minik avtomobilinin qarşısına at çıxması səbəbindən maşın idarəetmədən çıxaraq ərazidən axan çaya düşüb. Qəza zamanı biri ağır olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sezar pizza

Yaralılarxəstəxanayaaparılıblar, onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!