Balakəndə avtomobil traktora çırpıldı,   ölən və xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə avtomobil traktora çırpıldı, ölən və xəsarət alan var

Hadisə

03 Noyabr 2023 22:49 1133


Balakəndə avtomobil və traktorun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, digəri xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Balakən rayonunun Katex kəndi ərazisində 1994-cü il təvəllüdlü Şaban Çalabovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb.

Nəticədə minik avtomobilindəki sərnişin 1955-ci il təvəllüdlü Çalabov Əli Şaban oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişini 1958-ci il təvəllüdlü Çalabov Rəcəb Şaban oğlu xəsarət alıb. Marqarita pizza

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!