Balakəndə dayanma-durma qaydalarını pozan 20 sürücü cərimələndi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə dayanma-durma qaydalarını pozan 20 sürücü cərimələndi - Fotolar

Rəsmi

04 Mart 2022 20:35 658


Balakəndə  yol polisi əməkdaşlarının keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarını pozan 20-yə yaxın sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhərin müxtəlif nöqtələrində keçirilən reydlər nəticəsində hərəkətin intensiv olduğu ərazilərdə, piyada səkilərində və avtobus dayanacaqlarının bir neçəsində nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb. Həmin avtomobillərin sahibləri barəsində cərimə protokolu tərtib olunub və bu kimi halların digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!