Balakəndə dəhşətli qəza - Ana öldü, qızları ağır yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə dəhşətli qəza - Ana öldü, qızları ağır yaralandı

Kriminal

19 Avqust 2020 13:33 801


Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xalatala kənd sakini, 60 yaşlı İbrahim Mehdiyevin idarə etdiyi minik maşını ilə rayon sakini, 26 yaşlı Ömər Əlibəyevin idarə etdiyi nəqliyyat vasitəsi toqquşub.  pizza mizza

Qəza zamanı “VAZ 21099” markalı avtomobildə olan sərnişin - rayonun Xalatala kənd sakini, 71 yaşlı Həvva Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Sürücü İ.Mehdiyev və digər sərnişinlər, qəza zamanı ölən H.Məmmədovanın qızları - 37 yaşlı Xanım Məmmədova və 49 yaşlı Mehriban Burbaşova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Yaralılardan İ.Mehdiyevin müalicəsi davam etdirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!