Balakəndə dördotaqlı ev yanıb kül oldu

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə dördotaqlı ev yanıb kül oldu

Hadisə

04 Fevral 2024 16:07 562


Balakəndə yaşayış evi yanıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Qazma kəndində, kənd sakini 1957-ci il təvəllüdlü Səlihət İbey qızı Yüzbaşiyeva məxsus evdə baş verib.

Hadisə yerinə Balakən Yanğından Mühafizə Hissələrinin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, dördotaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. pizza mizza

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!