Balakəndə fərdi evi ildırım vurdu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə fərdi evi ildırım vurdu - Fotolar

Hadisə

14 İyun 2024 21:14 369


Balakən rayonunda fərdi evi ildırım vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qeyri-adi təbiət hadisəsi rayonun Xalatala kəndində baş verib.

Belə ki, ildırım kənd sakini Ruslan Maçanova məxsus evə düşərək onun elektrik sistemini sıradan çıxarıb, 140 kvadratmetrlik evin yataq və vanna otaqlarına ciddi zərər dəyib. İldırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağaca dəyib. Nəticədə ev sahibi təxminən 7-10 min manat civarında maddi ziyana düşüb. pizza

Evdə qısamüddətli yanğın baş versə də, ev sahibəsinin çevikliyi nəticəsində yanmağının qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Aidiyyəti qurumlar evə baxış keçirib, hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!