Balakəndə fərdi yaşayış evi yandı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə fərdi yaşayış evi yandı

Hadisə

21 Fevral 2024 21:29 781


Balakəndə dördotaqlı fərdi yaşayış evi yanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın saat 18:30-da rayonun Gərəkli kənd sakini Pədima Məhəmməd qızı Əlisoltanovaya məxsus, ümumi sahəsi 132 kvadratmetr olan dördotaqdan ibarət fərdi yaşayış evində baş verib. pizza hut

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülmə işləri aparılır.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!