Balakəndə “Ford” atlını vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə “Ford” atlını vurub öldürdü

Hadisə

11 Mart 2021 00:28 944


Balakəndə kiçiktutumlu yük maşını atlını vurub.

Yenisabah.az xəbər verir ki, hadisə axşam saat 21:00 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun rayonun Kortala kəndi ərazisindən keçən hissəsində baş verib.

“Ford” markalı kiçiktutumlu yük maşını hərəkətdə olarkən onun yoluna atlı çıxıb. Qəza zamanı atlı - rayonun Kortala kənd sakini, 23 yaşlı Elmar Akif oğlu Abdullayev aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib. Qəza zanamı at da tələf olub. pizza hut

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!