Balakəndə koronavirus xəstəsi iş yerində aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə koronavirus xəstəsi iş yerində aşkarlandı

Hadisə

18 Dekabr 2021 00:37 536


Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakini Araz Əhmədov COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən işlədiyi yerdə aşkarlanıb. Həmin şəxslə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

A.Əhmədov barəsində Rayon Polis Şöbəsində araşdırma aparılır. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!