Balakəndə naməlum qəbirlər aşkarlandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə naməlum qəbirlər aşkarlandı - Fotolar

Hadisə

21 Yanvar 2024 15:09 943


Balakəndə çay sahilində onlarla qəbir aşkarlanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəbirlər rayonun Katex kəndində, Katex çayının sağ sahilində kənd sakinləri tərəfindən aşkar olunub.

Sakinlərin sözlərinə görə, çayda suyun artması nəticəsində məcranın dəyişməsi bu qəbirləri aşkara çıxarıb. Ərazidə təxminən 50-60 qəbrin olduğu bildirilir. Güman edilir ki, qəbirlərdəki insanlar ötən əsrin iyirminci illərindən sonra İosif Stalinin dövründə repressiyaya məruz qalaraq məhbus həyatı yaşayıblar. Ölən insanlar isə bu ərazidə dəfn ediliblər. pizza sifarişi

Tarixçi Akif Məmmədli “Report”un yerli bürosuna bildirib ki, qəbirlərin aşkar olunduğu ərazi arasdırılmalıdır:

“Sakinlərin də dediyi kimi, burada dəfn olunan insanların repressiya qurbanları olduğu ehtimal olunur. Düşünürəm ki, Katex çayının sağ sahilində arxeoloji qazıntılara ehtiyac var. Bu ərazi tariximizin izlərindən xəbər verir”.

 

 

 

 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!