Balakəndə narkobaron saxlanıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə narkobaron saxlanıldı - Fotolar

Kriminal

08 May 2021 14:56 1185


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, alqı-satqısı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəhər sakini Aydın Qasımov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 40-a yaxın kağız bükümdə satış məqsədilə saxladığı narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin, onların satışından əldə etdiyi 3500 manat pul, eləcə də xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 10 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. pizza hut

Həyata keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən Balakən şəhər sakini Elnur Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə şprislər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!