Balakəndə oğurluq edən qadınlar tutuldu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə oğurluq edən qadınlar tutuldu - Foto

Kriminal

15 Fevral 2021 12:28 457


Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndində yerləşən evlərin birindən naməlum şəxslər tərəfindən qızıl-zinət əşyaları və pulun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfində hadisə yerinə baxış keçirilib, ev sahibinə məxsus müxtəlif qızıl-zinət əşyalarının və 250 manat pulun oğurlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər də məhkum olunmuşlar-Təranə Koldar və Bəsti Nadirova olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, dilənçiliklə məşğul olan həmin qadınlar evdə heç kimin olmamasından istifadə edərək ora daxil olublar, pulu və qızılları götürərək uzaqlaşıblar. Oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!