Balakəndə “patı“ satan şəxslər saxlanıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə “patı“ satan şəxslər saxlanıldı - Fotolar

Kriminal

16 İyul 2021 13:38 805


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı psixotrop maddələrin satışında şübhəli bilinən rayonun Qullar kənd sakini Vasif Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan satmaq məqsədi ilə əldə etdiyi külli miqdarda “patı” kimi tanınan psixotrop maddə-metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İsrafil Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. Dördpendirli pizza

Qeyd edilən faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!