Balakəndə qəza: Ölüm hadisəsinə görə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə qəza: Ölüm hadisəsinə görə cinayət işi açıldı

Hadisə

18 Oktyabr 2024 17:10 449


Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.

“VAZ-2106” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub, daha sonra isə divara dəyib. pizza hut

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!