Balakəndə sürücünün ölümü ilə nəticələnən qəza oldu

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə sürücünün ölümü ilə nəticələnən qəza oldu

Hadisə

18 Oktyabr 2024 21:41 520


Balakəndə ölümlə nəticələnən qəza baş verib.

"Report"un məlumatına görə, hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə Allahverdi Osmanovun idarə etdiyi VAZ-21011-lə toqquşub, daha sonra isə divara dəyib. Toyuqlu pizza

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!