Balakəndə yol qəzası: Bir ailənin üç üzvü xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə yol qəzası: Bir ailənin üç üzvü xəsarət aldı

Hadisə

05 Sentyabr 2021 20:23 1125


Balakən rayonunda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, Yevlax rayon sakini Nazim Hüseynovun idarə etdiyi iritonnajlı yük maşını ilə Balakən rayon Talalar kənd sakini 40 yaşlı Ceyhun Orucovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri olan “VAZ 2107” markalı avtomobilin sürücüsü C.Orocov avtomobildə sərnişin qismində olan sürücünün həyat yoldaşı 29 yaşlı Gülşən Orucova və onların 7 yaşlı övladı Onur Orucov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Toyuqlu pizza

Yaralılardan C.Orucovun və G.Orucovanın müalicəsi xəstəxanada davam etdirilir. O.Orucovun xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!