Balaxanı yolunda “Range Rover” yanıb külə döndü

saytların hazırlanması

Evə çatdırılma

Balaxanı yolunda “Range Rover” yanıb külə döndü

Hadisə

31 Mart 2025 15:16 432


Bakının Sabunçu rayonunun ərazisində, Balaxanı-Binəqədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hərəkətdə olan "Range Rover" avtomobil alışıb və tamamilə yanıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib. Pepperoni pizza

"FHN-in 112 qaynar telefon xəttinə Abşeron rayonu Məmmədli kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürənləri hadisə yerinə cəlb olunublar. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində avtomobildə baş vermiş yanğı söndürülüb. Hadisə nəticəsində avtomobilin yanar hissələri tamamilə yanıb, yol kənarında yerləşən kommunikasiya xətləri isə yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!