Balığı belə bişirmək olmaz!

saytların hazırlanması

Evə çatdırılma

Balığı belə bişirmək olmaz!

Maraqlı

09 Fevral 2024 11:32 1798


Qış aylarında müxtəlif balıq yeməkləri tez-tez yeyilir. Fərqli bişirmə texnikası bəzən sağlamlığa ciddi ziyan vura bilər.

Sağlam həyata qədəm qoymağın sirlərindən biri olan omeqa-3 yağ turşuları balıqda boldur. Omeqa-3 sayəsində toksinlər bədənimizdən xaric olur. Zehni stimullaşdıran və çəki nəzarətini təmin edən yüksək miqdarda yağ turşusu ilə istehlak edildikdə bir çox sağlam faydaları ortaya qoyur.

Yenisabah.az balıqların düzgün olmayan bişirmə formasını təqdim edir: Marqarita pizza

Balıq yeyərkən diqqət etməli olduğunuz bəzi məqamlar var. Onun tərkibindəki vitamin və komponentlərdən faydalanmaq üçün balıq qızardılmamalıdır. Qızardıldıqdan sonra onun bütün faydaları yox olur. Həm dadı azalır, həm də tərkibindəki  omeqa-3 yağının təsiri itir.

Eyni zamanda, balıqlarda trans yağ əmələ gəlir. Trans yağlı balıqlar bədənimizə fayda vermək əvəzinə zərər verməyə başlayır. Odur ki, balıq yeyərkən onu qril, bişmiş və ya buxarda bişirmək kimi üsullarla bişirmək daha düzgün və daha sağlam olar.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!