Balıq ovlayanlar cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Balıq ovlayanlar cərimələndi

Kriminal

23 Aprel 2020 12:28 639


İsmayıllıda balıq ovlayanlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən Yenisabah.az-a məlumata görə, ölkədə elan edilən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmətdə olan zaman rayonun Balik kəndində yerləşən göldən balıq ovlamaq istəyən şəxsləri müəyyən ediblər. 

Həmin şəxslər Polis Şöbəsinə gətirilib. Onların İsmayıllı rayon sakinləri- Kənan Əhmədov, Emin Səmədli, Ramiz Mehdiyev, Gündüz Həmzəyev və Rəşad Həmzəli olduqları məlum olub. pizza mizza

Karantin qaydalarını pozduqları üçün onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək inzibati qaydada cəzalandırılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!