Balkan yarımadasında gərginlik artır

saytların hazırlanması

Evə çatdırılma

Balkan yarımadasında gərginlik artır

Dünya

11 Aprel 2025 17:13 194


Keçmiş Yuqoslaviya respublikaları arasında siyasi gərginlik artmaqda davam edir. Bosniya və Hersoqovina ilə Serbiya arasında başlayan böhran vəziyyəti bu dəfə Yunanıstan və Bolqarıstana sıçrayıb.

Yenisabah.az xəbər verir ki, Yunanıstanın Mərkəzi Makedoniya vilayətində etnik bolqarların kompakt yaşadığı məntəqələrdə polislə məhəlli insidentlər meydana gəlib. Sosial problemləri əsas gətirən bolqar etirazçılar sonradan “bura Bolqarıstandır” şuarı açıblar. Sözügedən addımdan hiddətlənən yunan polislər fiziki güc tətbiq edib. 

Bolqarıstan tərəfi baş verən hadisələrdə Afina hökumətini günahlandırıb. Yunanların monoetnik dövlət arzusunun etnik azlıqlara qarşı şiddətlə özünü göstərdiyini deyən Bolqarıstan xarici işlər naziri Georgi Georgiyev, Sofiyanın öz soydaşlarını qorumaq üçün əlindən gələni edəcəyini açıqlayıb. Sezar pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!