Balakəndə təmir sexi içindəki maşınla birgə yandı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə təmir sexi içindəki maşınla birgə yandı

Hadisə

28 Yanvar 2020 20:20 1139


Balakəndə maşın təmir sexi içindəki maşınla birgə yanıb.

"Yeni Sabah" xəbər verir ki, bu gün axşam saat 20 radələrində Balakən rayonu Katex kəndində kənd sakini Fərrux Piriyevə məxsus, ümumi sahəsi 80 kv/m olan və hazırda fəaliyyət göstərən maşın təmiri sexində yanğın baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala rayonlarının dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.  pizza hut

Yanğın nəticəsində sexin yanar konstruksiyaları və təmirə gətirilmiş, Ramin Davodova məxsus minik avtomobili yanıb. Yanğının yaxındakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!