Baloğlan Əşrəfov sərt rejimdə dəfn edildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Baloğlan Əşrəfov sərt rejimdə dəfn edildi - FOTO

Hadisə

27 Aprel 2021 09:27 2715


Əməkdar artist Baloğlan Əşrəfov Masallının Bədəlan kəndində dəfn edilib.

“Yeni Sabah” xəbər verir ki, müğənni bu dəqiqələrdə torpağa tapşırılıb. Dünən, aprelin 26-da axşam saatlarında koronavirusdan dünyasını dəyişən Respublikanın Əməkdar Artisti Baloğlan Əşrəfovun cənazəsi xüsusi Təcili Yardım maşını ilə səhər saatlarında doğma kəndi Bədəlana gətirilib.

Cənazə birbaşa qəbiristanlığa gətirilib. B.Əşrəfovla son vida görüşünə gələnlər qəbiristanlıqdan kənarda dayanıb. Hələlik bir neçə sənət yoldaşı – Əlikram Bayramov, Yusif Mustafayev və Cavad Rəcəbov qəbiristanlıqdadır. Pepperoni pizza

Pandemiya qaydalarına sərt şəkildə əməl olunur.

Lent.az bildirir ki, dəfn mərasimindən çəkilişə qadağa var. Ərazidə polislərin olduğu qeyd olunur. Hətta karantin şərtlərinə görə, müğənniləri də vidalaşmaq üçün yaxına getməyə icazə vermirlər. Telefonla nəsə çəkmək istəyənlərə də icazə verilməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!