"Breşiya"nın futbolçusu Mario Balotelli pedofillikdə günahlandırılır.
"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı hücumçu azyaşlı qıza şiddət tətbiq edib. Futbolçu "Nitsa"da (Fransa) oynayarkən 18 yaşında olduğunu deyən qızla birgə olub. Qızın 17 yaşında olduğunu bildikdən sonra ona 100 min avro ödəyərək susmasını istəyib.
Qız İtaliya mətbuatına açıqlamasında bunları söyləyib:
"İkimiz də razılaşdıqdan sonra cinsi əlaqədə olduq, amma Balotellinin şiddətinə məruz qaldım".
Hadisə ilə bağlı polis araşdırma başladıb. Telegram kanalımız