Hazırda Türkiyənin "Adana Demirspor" klubunda çıxış edən İtaliya millisinin sabiq futbolçusu Mario Balotellinin agenti Enzo Royala açıqlama verib.
Yenisabah.az xəbər verir ki, mediagol.it saytına danışan Royala Balotelliyə görə dünyanın hər yerindən təklif aldlqlarını, amma onların sırasında İtaliyanın olmadığını söyləyib.
"Mənim üçün onu İtaliyada görmək xoş olardı. Amma bu gün belə bir şey yoxdur. Mənə çoxları zəng edir. Balotelli İtaliyaya qayıtmaq istəyir. Bu, onun arzusudur. Mənə İsraildən, Azərbaycandan, Argentinadan, Braziliyadan, Çindən, hər yerdən zəng gəlir" - deyə o bildirib. Marqarita pizza
Xatırladaq ki, M.Ballotelli "Adana Demirspor"da Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəlliyevlə komanda yoldaşıdır.
Telegram kanalımız