Argentina çempionatının son turu çərçivəsində keçirilən "Rasinq" - "İndependyente" (1:0) matçında maraqlı hadisə yaşanıb.
"Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, ev sahibinin futbolçusu Marselo Dias fasilə zamanı yemək yeməyə vaxt tapa bilmədiyindən oyun zamanı qidalanıb.
Belə ki, argentinalı yarımmüdafiəçi matçın gedişində meydanda banan yeyib. O, eyni zamanda cərimə zərbəsini də yerinə yetirib. Görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Eyni zamanda, çoxları onun oyun qaydalarını pozduğunu düşünüb. Marqarita pizza
Qeyd edək ki, matçın yeganə qolunu məhz Marselo Dias vurub. O, 85-ci dəqiqədə rəqib qapısına yol tapmağı bacarıb.
Telegram kanalımız