“Bandotdel“ Bakıda əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“Bandotdel“ Bakıda əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu

Kriminal

30 İyun 2021 14:50 944


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı şəxslərə və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əvvəlcə üzərində qanunsuz olaraq silah-sursat saxlayan, paytaxt sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədzadəni Suraxanı rayonu ərazisində saxlayıblar. Onun üzərinə baxış zamanı 1 ədəd “Beretta” markalı tapança, 1 ədəd həmin silaha aid sandıqca və 4 ədəd patron aşkar olunub.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə qanunsuz olaraq üzərlərində və yaşadıqları evlərdə odlu silah-sursat saxlayan 4 nəfər saxlanılıb. Əməliyyat zamanı Rəşid Behbudov, Şöhrət Zeynalov, Həsən Qeybəliyev və əvvəllər Cinayət Məcəlləsinin 120.1 və 221.1 ci maddələri ilə məhkum olunmuş Fuad Məmmədov saxlanılıb. Bu şəxslərdən 2 ədəd “TT” markalı tapança, 3 ədəd sandıqça, 3 ədəd əl qumbarası, 1 ədəd “Sayqa” markalı avtomat silah, 1 ədəd avtomat darağı, 1 ədəd ov tüfəngi və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. Marqarita pizza

Baş İdarə əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində həyata keçirilən növbəti əməliyyat tədbiri zamanı isə Xızı rayonu, Giləzi qəsəbə sakini əvvəllər Cinayət Məcəələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Azər Rəhimov saxlanılıb. Onun Giləzi qəsəbəsində yaşadığı evin həyətindən aqrotexniki qaydada əkib-becərdiyi ümumi çəkisi 448 kiloqram olan 301 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində satmaq məqsədi ilə əkdiyini bildirib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!