“Bandotdel” əməliyyat keçirdi, saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

“Bandotdel” əməliyyat keçirdi, saxlanılan var

Kriminal

25 Aprel 2020 13:55 1048


Abşeron sakinində silah-sursat aşkarlanıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") əməkdaşlarının daxil olan məlumat əsasında Abşeron rayonu Masazır kəndində yaşayan əvvəllər məhkum olunmuş S.Əliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “BM” markalı tüfəng, 130 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov bıçağı və 14 qramdan artıq marixuana aşkar edilərək götürülüb. Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!