Bank dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bank dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq

İqtisadiyyat

15 Yanvar 2024 19:51 1719


Kiberdələduzlar tərəfindən Teleqram tətbiqində Kapital Bank ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar: pizza hut

"Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir".

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!