Bank işçisi zərgəri soydu – İfadəsi hamını şoka saldı

saytların hazırlanması

Evə çatdırılma

Bank işçisi zərgəri soydu – İfadəsi hamını şoka saldı

Dünya

27 May 2025 17:48 409


Türkiyənin Kayseri şəhərində qeyri-adi soyğun cəhdi baş verib. 

Yenisabah.az xəbər verir ki, bankda işləyən 39 yaşlı N.Ç. adlı qadın çətin həyat şəraiti və iqtisadi sıxıntılara dözə bilmədiyi üçün bir zərgəri soymağa qərar verib.

O, tanınmamaq üçün kəmər, eynək və başörtüyü taxaraq Kayseri şəhərinin mərkəzində yerləşən Kazancılar Çarşısında fəaliyyət göstərən bir zərgərlik dükanına daxil olub. N.Ç. əvvəlcə müxtəlif miqdarda qızıl almaq istədiyini bildirərək satıcı ilə söhbətə başlayıb. Ancaq bir qədər sonra yanında gətirdiyi bibər qazı və daşla zərgərin sahibinə — M.O.-ya hücum edib. pizza

Hadisə yerində olan digər mağaza sahibləri vəziyyətə müdaxilə edərək qadını zərərsizləşdirib və polisə təhvil veriblər. N.Ç. saxlanılıb və məhkəməyə çıxarılaraq həbs olunub.

Məhkəmədə ifadə verən N.Ç. iş yerində mobbinqə məruz qaldığını, istefaya məcbur edildiyini və ciddi iqtisadi çətinliklər yaşadığını bildirib. “Oradakilərin rahat şəraitdə yaşaması, mənim isə çətinlik çəkməyim zoruma getdi. Bu hadisə anlıq bir qərar idi. Qızılları oğurlamaq niyyətim yox idi, çox peşmanam”, — deyə qadın ifadəsində bildirib.

Hazırda istintaq davam edir. Hadisə cəmiyyətdə böyük rezonansa səbəb olub və iqtisadi sıxıntıların fərdi psixologiyaya təsiri müzakirə olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!