Bank kartlarından oğurluq: “Səbəblərdən biri bəzilərinin qumarbazlığıdır”

saytların hazırlanması

Evə çatdırılma

Bank kartlarından oğurluq: “Səbəblərdən biri bəzilərinin qumarbazlığıdır”

Sosial

09 Aprel 2025 11:54 427


“Təəssüf ki, Azərbaycanda hələ də bəzi vətəndaşlar qadağan olunduğu halda, qumar oyunları iştirakçısıdır. Onlar hələ də qadağan olunmuş saytlar və “Telegram” vasitəsilə qumar fəaliyyətlərində iştirakçıya çevrilir. Bu o deməkdir ki, onlar oyunlara onlayn pul yatıranda kart məlumatlarını həmin səhifəyə daxil etmiş olurlar”.

Bu sözləri "Yeni Sabah"a informasiya təhlükəsizliyi üzrə mütəxəssis Elvin Abbasov deyib.

O qeyd edib ki, Azərbaycanda kiberdələduzluğun bir çox növləri yayılıb: pizza mizza

“Kiberdələduzluqda fərqli ssenarilər var. Sadəcə, ənənəvi səhifələr, fişinqlər deyil, həm də onlayn oyunlar, köçürmələr vasitəsilə belə dələduzluq halları baş verir.

Bəzi rəsmi ödəniş səhifə və portallarında vətəndaşın məlumatlarını yazanda onun haqqında olan borclar çıxır. Misal üçün, vətəndaşın FİN kodunu yazanda onun ödənişləri ilə tanış olmaq olur. Bu tip nüansları dələduzlar öz xeyirlərinə istifadə edirlər.

Vətəndaşların real borcunu vətəndaşa deyərək, manipuliyasiya edə bilirlər. Bu, insanlarda inam yaradır. Azərbaycanda ən məşhur dələduzluq yollarından biri fişinqlər vasitəsilə eyniləşdirilmiş səhifələrə yönləndirmələrdir.

Vətəndaş rəqəmsal səriştəsi az olduğu üçün eyniləşdirilmiş səhifəni həmin qurumun öz səhifəsi kimi qiymətləndirir və ora öz şəxsi məlumatlarını qeyd edir. Bunun kimi fərqli onlarla ssenarilər var”. 

Elvin Abbasov vətəndaşları onlayn qumar saytlarından istifadədən çəkinməyə çağırıb:

“Təəssüf ki, Azərbaycanda hələ də bəzi vətəndaşlar qadağan olunduğu halda, qumar oyunları iştirakçısıdır. Onlar hələ də qadağan olunmuş saytlar və “Telegram” vasitəsilə qumar fəaliyyətlərində iştirakçıya çevrilir. Bu o deməkdir ki, onlar oyunlara onlayn pul yatıranda kart məlumatlarını həmin səhifəyə daxil etmiş olurlar.

Bu zaman onlar həm fərdi, həm də bank kartı məlumatlarını sistemə daxil edirlər. Qumar saytları vətəndaşların pullarının alınması və manipuliyasiya edilməsi üçün bir növ tələdir. Orada həm oyun oynayaraq uduzurlar, həm də fərqində olmadan bəzi məlumatlarıni sistemə daxil etmiş olurlar.

Bunun kimi onlarla fərqli ssenarini saya bilərik ki, hər biri işləkdir. Başlıca problem vətəndaşların rəqəmsal məlumatlılığının az olmasıdır. Tövsiyə olunur ki, xarici nömrədən gələn heç bir mesaja cavab verməsinlər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!