“Bank of Baku”nun yeni sədri kimdir?

saytların hazırlanması

Evə çatdırılma

“Bank of Baku”nun yeni sədri kimdir?

İqtisadiyyat

22 Fevral 2024 10:03 2016


Ölkənin qabaqcıl banklarından olan “Bank of Baku”nun İdarə Heyətinin sədri dəyişib.

Belə ki, bankın İdarə Heyətinin sədrliyi Həsən Quliyevə həvalə olunub.

Həsən Quliyev karyerasına 2006-cı ildə başlayıb, ümumilikdə 18 illik peşəkar təcrübəyə sahibdir. Bu təcrübənin 14 ilini “Bank of Baku”dakı fəaliyyəti əhatə edir. Sezar pizza

Həsən Quliyev “Bank of Baku”dakı işinə 2010-cu ildə ilk olaraq Daxili audit departamentinin direktoru olaraq başlayıb, daha sonra Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub. 2017-ci ilin martından İdarə Heyətinin üzvü seçilib və yanaşı olaraq Baş risk inzibatçısı vəzifəsini yerinə yetirib. 2021-ci ildən isə “Bank of Baku”nun İdarə Heyəti sədrinin I müavini kimi Biznes sahəsini kurasiya edib. 

Həsən Quliyev bakalavr təhsilinə Azərbaycan Dövlət İqtisad Universitetində (Xüsusi istedadlar qrupu – XİQ) yiyələnib. O, təhsilini magistr dərəcəsi ilə davam etdirərək öncə UNEC-də maliyyə üzrə MBA, sonra ADA Universiteti – “Maastricht School of Management”də EMBA təhsili alıb.

Qeyd edək ki, "Bank of Baku" 30 ildir ki, fəaliyyət göstərir və 1 milyondan çox müştəriyə müxtəlif bank xidmətləri təqdim edir.

BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!