Bankdan saxta yolla 8 milyard kredit götürən azərbaycanlı tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bankdan saxta yolla 8 milyard kredit götürən azərbaycanlı tutuldu

Kriminal

11 Mart 2021 17:26 1068


Rusiya Sberbankından saxta yollarla 8 milyard rubl kredit götürən dəstə tutulub.

Yenisabah.az-ın xəbərinə görə, bunu Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib.

Onun sözlərinə görə, polis məlum cinayət işi ilə bağlı üç nəfər şübhəli şəxsi saxlayıb. Saxlanılanlar Rusiyanın Şimal-Qərb regionunda, xüsusi ilə də Sankt-Peterburqda “Spar” mağazalar şəbəkəsini inkişaf etdirən “İnterTorq” firmasının keçmiş əməkdaşlarıdır. pizza sifarişi

İstintaqın məlumatına görə, 2018-ci ilin yanvarında onlar banka saxta məlumatlar təqdim edərək öhdəliklərini “yerinə yetirmək niyyəti olmayan” kredit müqaviləsi bağlayıblar. Şübhəli şəxslər həmin vəsaiti öz bildikləri kimi xərcləyiblər və qısa müddətdə “İnterTorq” firması iflas edib. (APA)

Qeyd edək ki, Rusiya mətbuatı məlum cinayət işi ilə bağlı saxlanılan şəxslərdən birinin əslən azərbaycanlı iş adamı Allahverdi Abdullayev olduğunu yazıb. Onun “İnterTorq” firmasının şəriki olduğu bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!