Banklar köhnə dollarları niyə almır? 

saytların hazırlanması

Evə çatdırılma

Banklar köhnə dollarları niyə almır? 

İqtisadiyyat

31 Yanvar 2024 12:34 1691


Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda bəzi bankların köhnə dollarları götürməməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 

Yenisabah.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bununla bağlı nə Mərkəzi Bankın, nə də bankların xüsusi yanaşmasının olduğunu bildirib. 

“Köhnə və təzə dollar istehsal ilinə görə təsnifləşdirilir. 2006-cı ilə qədər və ondan sonra istehsal olunan bütün dollarlar dövriyyə olunur və qəbulunda problem yoxdur. Bu məsələni kimsə qaldırıb və əhali köhnə dolları götürməməyə başlayıb. Nəticədə banklarda köhnə dollar yığılır və bank onu xaricə göndərib komissiya ödəyərək təzə dollar gətirir. Burada hər hansı ciddi problem yoxdur”, - deyə sədr vurğulayıb.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!