Bankların regionlara daha az kredit ayırmasının səbəbi nədir? -   ŞƏRH

saytların hazırlanması

Evə çatdırılma

Bankların regionlara daha az kredit ayırmasının səbəbi nədir? - ŞƏRH

İqtisadiyyat

05 Aprel 2021 15:07 917


“Mərkəzi Bankın məlumatına görə, 14 milyard 246 milyon manatlıq kredit portfelinin 11 milyard 360 milyon manatı Bakının payına düşür. Abşeron iqtisadi rayonunun 489 milyon 530 min manatlıq kredit portfelinə sahib olduğunu nəzərə aldıqda o zaman kredit qoyuluşlarının cəmi 17 faizinin regionların payına düşdüyü bəlli olur”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclis deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, rəsmi statistikaya görə, hər 100 manatlıq kreditinin cəmi 17 manatı regionların payına düşür və ya banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərində ayırır: pizza hut

“Bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır. Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edirlər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan girov mexanizminin təkmilləşdirilməsi və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərinin həcminin artırılması vacibidir.

İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!