Baqrat işə yaramadı - Kremldə Paşinyanla bağlı fikir dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Baqrat işə yaramadı - Kremldə Paşinyanla bağlı fikir dəyişdi

Siyasət

01 İyun 2024 18:21 4815


Rusiya Ermənistanda Baş nazir Nikol Paşinyana alternativ lider tapa bilmir.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq xatırladıb ki, Ermənistan Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edənlər arasında Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustindən tutmuş, tənqid etdikləri Belarus lideri Aleksandr Lukaşenkoya qədər siyasətçilər var: Marqarita pizza

"Rusiyanı idarə edənlərin Paşinyanı təbrik etmələri radikal müxalifətlə mübarizədə Ermənistan hökumətinin mövqelərini gücləndirir. Ermənistanın radikal müxalifət təmsilçiləri son açıqlamalarında Qərb ölkələrini tənqid etməyə başlayıblar, ancaq arxalandıqları Rusiyadan da real dəstək ala bilmədilər. Çünki zəifdirlər.

Kremlin Paşinyandan xoşu gəlməsə də, Ermənistanda ona alternativ siyasətçi tapa bilmir, keşiş Baqrat Qalstanyan da işə yaramadı. Buna görə də Kreml hələlik Paşinyanla yola davam etmək qərarı verib”, - ekspert vurğulayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!