"Barsa"lı futbolçuların qaldığı oteli mühasirəyə aldılar… - Foto+Video

saytların hazırlanması

Evə çatdırılma

"Barsa"lı futbolçuların qaldığı oteli mühasirəyə aldılar… - Foto+Video

İdman

25 Fevral 2020 14:57 469


İtaliyalı azarkeşlər Çempionlar Liqasının 1/8 final mərhələsində "Napoli"nin qonağı olacaq "Barselona" üçün maraqlı qarşılama həyata keçirib. "Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, tərəfdarlar Kataloniya klubunun üzvlərinin qaldığı oteli mühasirəyə alıblar. Daha sonra onlar "Messi, Messi" şüarı səsləndirməyə başlayıblar. Hətta azarkeşlərdən biri qonaqpərvərliklərini göstərmək üçün üzərində "Messi" yazılan pizza da hazırlayıb gətirib. Həmin görüntüləri təqdim edirik: https://cdn.yenisabah.az/files/mvb.jpg https://www.youtube.com/watch?v=kr4mlpOT2w8&feature=emb_title&fbclid=IwAR15QzljsFsnhvUWmfI1odGvlomL9phz8xvrRP5G5CTwxLL3OkLHXHU5jkI
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!