“Barselona” aşağı liqaya göndərilə bilər

saytların hazırlanması

Evə çatdırılma

“Barselona” aşağı liqaya göndərilə bilər

İdman

24 Mart 2023 12:23 855


La Liqa "Barselona"dan FİFA-ya şikayət edə bilər. 

Yenisabah.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb. Liqa rəhbərliyi kataloniyalıların hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya rüşvət verdiyini iddia edir və bununla bağlı Beynəlxalq Futbol Federasiyasına müraciət etməyi düşünür. 

Qəzet yazır ki, milli liqanın FİFA ilə birbaşa əlaqəsi yoxdur. Lakin İspaniya Kral Futbol Federasiyası bununla məşğul olmasa, La Liqa yaxın gələcəkdə materialların FİFA-ya ötürülməsinin yolunu tapmağa hazırdır.  pizza

Bu halda "Barselona"ın xalları silinə və ya klub aşağı liqaya göndırilə bilər. 

Daha əvvəl mətbuatda Kataloniya klubunun İspaniya hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiranın bank hesabına təxminən 17 il pul köçürməsi barədə məlumat yayılıb. Mətbuatın yazdığına görə, o, “Barselona”dan 7 milyon avrodan çox pul alıb. “Barselona” isə bu pulu Neqreyraya məsləhət xidmətləri üçün ödədiyini iddia edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!