“Barselona“ atasının sözlərinə görə Fatini satır

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“ atasının sözlərinə görə Fatini satır

İdman

14 Aprel 2023 12:01 764


"Barselona"nın futbolçusu Ansu Fati komandadan ayrıla bilər. 

Yenisabah.az AS nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi Ansunun atasının bu yaxınlarda verdiyi müsahibədən narazıdır. 

Bori Fati müsahibəsində oğlunun "Barselona"da daha çox oynamalı olduğunu və onun komandadan getməsini istədiyini bildirmişdi.  pizza mizza

Xəbərdə qeyd olunur ki, klubdan 20 yaşlı Fatinin agenti Xorxe Mendeşə ən azı 40 milyon avro təzminatla futbolçunu satmağa razı olduqları bildirilib. 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan futboçu 9 yaşından Kataloniya klubundadır. Hücumçu bu mövsüm ümumilikdə 40 oyunda 7 qol vurub və 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi hesablanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!