"Barselona" azarkeşləri çempionluq paradı zamanı komandanın sabiq futbolçusu Lionel Messinin adını səsləndiriblər.
Yenisabah.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Kataloniya təmsilçisi La Liqanın 34-cü turunda bazar günü "Espanyol"a qalib gələrək (4:2) çempionluğu rəsmiləşdirib. Parad zamanı komandanı daşıyan avtobus Barselona küçələrində hərəkət edərkən azarkeşlər “Messi! Messi!" şüarları səsləndiriblər. Pepperoni pizza
35 yaşlı hücumçu 2004-2021-ci illərdə "Barselona"nın formasını geyinib. Hazırda PSJ-də çıxış edən forvardın bu klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir. Onun azad agent kimi Kataloniya təmsilçisinə qaydacağı gözlənilir.
Telegram kanalımız