“Barselona” azərbaycanlı qolkiperi icarəyə verdi 

saytların hazırlanması

Evə çatdırılma

“Barselona” azərbaycanlı qolkiperi icarəyə verdi 

İdman

30 Avqust 2024 10:49 650


İspaniyanın "Barselona" klubu azərbaycanlı qapıçı Eldar Tağızadəni icarəyə verib. 

Axar.az xəbər verir ki, 21 yaşlı qolkiper İspaniyanın səviyyəcə dördüncü liqasında çıxış edən "Tudelano"ya keçib. 

O, 2025-ci il iyunun 30-dək bu komandanın formasını geyinəcək.  Dördpendirli pizza

Qeyd edək ki, Eldar Tağızadənin "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub. Oyunçu avqustun 11-də azad agent kimi Kataloniya təmsilçisinin B komandasına keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!