“Barselona“ De Yonqun qiymətini açqıladı: 70 milyon avro!

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“ De Yonqun qiymətini açqıladı: 70 milyon avro!

İdman

25 Aprel 2022 11:54 232


"Barselona" Hollandiya komandasının 24 yaşlı yarımmüdafiəçisi Franki De Yonqu yay transfer pəncərəsi zamanı 70 milyon avroya satmağa hazırdır.

Yenisabah.az xəbər verir ki, bununla bağlı El Chiringuito xəbər yayıb.

İngiltərənin "Mançester Yunayted" klubunun yeni təyin olunmuş baş məşqçisi Erik ten Heyq futbolçunu heyətə qatmaqda maraqlıdır. Amsterdam "Ayaks"ının hollandiyalı çalışdırıcısı iyulun 1-dən Mançester klubuna rəhbərlik edəcək. Ten Heyq və De Yonq “Ayaks”da birgə işləmək təcrübəsinə malik olublar. Toyuqlu pizza

2019-cu ildə "Barselona" De Yonqa görə 75 milyon avro ödəyib.

Cari mövsümdə De Yonq Xavinin rəhbərlik etdiyi komanda ilə 43 matçda iştirak edib, 4 qol vurub, 5 qol ötürməsi edib.

Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!