“Barselona” ilə meydana çıxmaqdan imtina etdi - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

“Barselona” ilə meydana çıxmaqdan imtina etdi - Səbəb

İdman

02 Avqust 2020 14:02 1151


“Barselona”nın futbolçusu Artur rəhbərliyin icazəsi olmadan Braziliyaya yollanıb və geri qayıtmaq niyyətində deyil.

Yenisabah.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Bir müddət əvvəl “Yuventus”la müqavilə imzalayan Artur, “Barselona”nın Çempionlar Liqasında “Napoli” ilə qarşılaşacağı oyunda iştirak etmək niyyətində deyil. Kataloniya təmsilçisinin rəhbərliyi Arturu bu davranışlarına görə cəzalandıra bilər. pizza mizza

Sportinfo yazır ki, Artur “Yuventus”la müqavilə imzalayıb və o, yeni komandasına mövsümün sonunda qoşulacaq.

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Barselona” – “Napoli” matçı avqustun 8-də oynanılacaq. Komandalar arasında İtaliyada baş tutan matçda qollu bərabərlik qeydə alınıb – 1:1.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!