“Fənərbaxça” rəhbərliyi Joze Mourinyonun əsas heyətdə düşünmədiyi futbolçuları satmaqda davam edir. Bu dəfə klubla vidalaşan futbolçu Emre Mor olub.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, Makedoniya əsilli türk futbolçu Super Liqa təmsilçisi “Çaykur Rizespor”la razılığa gəlib. O, gələn həftədən etibarən yeni klubu ilə məşqlərə çıxacaq.
Xatırladaq ki, 27 yaşlı yarımmüdafiəçi bir zamanlar “Barselona”, “Real Madrid”, “Yuventus” və “Mançester Yunayted” kimi klubların transfer siyahısında idi. Driblinqlərlə zəngin, çevik və sürətli oyun tərzi ilə o Lionel Messiyə bənzədilirdi. pizza mizza
Telegram kanalımız