“Barselona“ Messi ilə danışıqlar aparır -Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“ Messi ilə danışıqlar aparır -Rəsmi

İdman

31 Mart 2023 15:13 881


"Barselona" sabiq futbolçusu Lionel Messi ilə danışıqları təsdiqləyib. 

Yenisabah.az xəbər verir ki, bu haqda klubun vitse-prezidenti Rafa Yuste bildirib. O, hazırda PSJ-də çıxış edən Lionel Messi ilə əlaqə saxlamamaları, argentinalının kluba potensial qayıdışını müzakirə etmələri ilə bağlı suala müsbət cavab verib 

“Messidən geri qayıtmasını xahiş edəcəmmi? Mən onu geri istəyirəm? Aramızda əlaqələr varmı? Bütün suallara "hə" cavabı verərdim.  Toyuqlu pizza

Leo və ailəsi mənim onlara olan bağlılığımdan xəbərdardır. Müqavilənin uzadılması ilə bağlı danışıqlarda iştirak etmişdim. Təəssüf ki, o vaxt alınmadı. Mən onun qayıtmasını istərdim. Belə olsa, sevinərəm. Həyatda gözəl hekayələr yaxşı bitməlidir. Onunla əlaqəmiz var". 

Qeyd edək ki, 2021-ci ildə azad agent kimi PSJ-yə keçən Lionel Messinin Paris klubu ilə müqaviləsi bu ilin iyununda başa çatır. İspaniya və Fransa mətbuatında onun yayda "Barselona"ya qayadıcağına çoxsaylı xəbər yayılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!