“Barselona“ Messi ilə razılığa gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“ Messi ilə razılığa gəldi

İdman

27 May 2021 13:46 1342


"Barselona"nın kapitanı Lionel Messi klubda qalacaq.

Yenisabah.az "El Confidencial"a istinadən xəbər verir ki, argentinalı hücumçu artıq Kataloniya təmsilçisinin prezidenti Joan Laporta ilə 2023-cü ilin yayına qədər müqavilə imzalamaq barədə razılığa gəlib.

Son bir neçə gündə Laporta və forvardın agenti olan atası Jorge Messi ilə danışıqlar aparıb. Hər iki tərəf də ən qısa zamanda yeni müqavilə imzalanmasına razı olub. pizza mizza

Messinin "Barselona"da nə qədər qazanacağı məlum olmadığı bildirilir. Bu, klubun maliyyə yoxlamasının nəticələrindən asılı olacaq. Ancaq onun maaşının azaldılacağı gözlənilir.

Qeyd edək ki, 33 yaşlı hücumçu ötən mövsüm La Liqada 35 matçda 30 qol vuraraq turnirin ən yaxşı bombardiri olub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!