“Barselona” Lionel Messinin maaşını azaldır.
Yenisabah.az xəbər verir ki, bu haqda “El Chiringuito TV” məlumat yayıb. Bildirilir ki, klub prezidenti Jozep Bartomeu yaxın günlərdə kapitanının maaşında ixtisar etməli olacaq. Belə bir qərar hazırkı müqavilədə yer alan bəndə görə veriləcək.
Qol.az yazır ki, Messinin “Barselona”da aylıq qazancı 8,3 milyon avro təşkil edir. Dominos pizza
Xatırladaq ki, 33 yaşlı argentinalı hücumşunun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. İspaniya mətbuatında yer alan xəbərlərə görə, bundan sonra Messi komandanı tərk edəcək. Digər iddialara görə, kapitanla klubun hazırkı prezidenti Jozep Bartomeunun münasibətlərində möhkəm soyuqluq yaranıb.
Telegram kanalımız