“Barselona“ Messiyə illik 25 milyon avro maaş təklif edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“ Messiyə illik 25 milyon avro maaş təklif edəcək

İdman

20 Aprel 2023 16:08 899


Bu yay "Barselona"ya qayıdacağını gözlənilən Lionel Messinin alacağı maaşın məbləği açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə İspaniyanın sport.es saytı məlumat yayıb. Bildirilib ki, Kataloniya klubu Lionel Messiyə illik 25 milyon avro maaş təklif etməyə hazırdır. Mənbənin məlumatına görə, "Barselona" Messiyə bir illik müqavilə təklif edəcək. Müqavilənin daha bir mövsüm uzadılması ehtimalı var. 

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyunun sonunda başa çatır. Bundan sonra o, azad agent olacaq. Mətbuatda yayılan xəbərlərə görə, "Barselona"dan başqa, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu argentinalıya ildə 400 milyon avro maaş təklif edib. PSJ ilə müqavilə başa çatanda Messinin 36 yaşı olacaq.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!