“Barselona“ Messiyə yeni qiymət qoydu

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“ Messiyə yeni qiymət qoydu

İdman

27 Avqust 2020 11:34 810


"Barselona" rəhbərliyi  futbolçusu Lionel Messini komandada saxlamağı mümkünsüz hesab edir.

Yenisabah.az xəbər verir ki, buna görə klub argentinalı hücumçunu satmaq variantını nəzərdən keçirir. Bildirilib ki, Kataloniya təmsilçisi 33 yaşlı oyunçu üçün müqaviləsində yazılan 700 milyon avro təzminat tələb etməyəcək. Lakin klub futbol tarixinin ən bahalı transferinin reallaşması üçün Messini ən azı 223 milyon avroya satmağa hazırdır.

Qeyd olunub ki, klub Messinin təktərəfli qaydada müqaviləni ləğv edə bilməyəcəyinə əmindir. Beləliklə, o, ya satılacaq, ya da 2021-ci ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər komandada qalacaq. Dördpendirli pizza

Qol.az xatırladır ki, futbol tarixinin hazırda ən bahalı transferi 2017-ci ildə "Barselona"dan PSJ-yə transfer olunan Neymardır - 222 milyon avro.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!