“Barselona” Superkuboku qazandı

saytların hazırlanması

Evə çatdırılma

“Barselona” Superkuboku qazandı

İdman

13 Yanvar 2025 10:04 304


İspaniya Superkubokunun finalında "Barselona" "Real Madrid"i 5:2 hesabı ilə məğlub edib.

Yenisabah.az xəbər verir ki, qarşılaşma Səudiyyə Ərəbistanında baş tutub.

Beşinci dəqiqədə Kilian Mbappe “Real”ı hesabda irəli çıxarıb. Buna cavab olaraq “Barselona” ilk hissədə dörd qol vurub. Qolların müəllifləriLamin Yamal (22), Robert Levandovski (36), Rafinya (39) və Alejandro Balde (45+10) olub. Marqarita pizza

İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə Balde yenidən “Real Madrid”in qapısına qol vurubu.

56-cı dəqiqədə "Barselona"nın qapıçısı Voyçex Şesni sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bir neçə dəqiqə sonra Rodriqonun cərimə zərbəsi dəqiq olub və hesab 5:2 olub. O vaxta qədər "Barselona"nın qapısını Qavini əvəzləyən İnyaki Penya qoruyub.

"Barselona" 15-ci dəfə İspaniya Superkubokunu qazanaraq, ən çox qələbə qazanan klub olub. “Real Madrid” ikinci yerdədir (13). Qalan klublar kuboku dörd dəfədən az qazanıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!