“Barselona” Xavini qova bilər

saytların hazırlanması

Evə çatdırılma

“Barselona” Xavini qova bilər

İdman

07 May 2024 00:59 934


“Barselona”nın baş məşqçisi kimi gələcəyi şübhə altındadır.

Məlumata görə, komanda La Liqada ikinci yeri tutmasa, klub mövsümün sonunda Xavini istefaya göndərə bilər.

İspaniya La Liqasında üçüncü yer “Barsa” üçün uğursuzluq sayılacaq. Bu halda kataloniyalılar Superkubokda oynamayacaq və bu turnirdə iştiraka görə qazancını itirəcəklər. Pepperoni pizza

Maraqlıdır ki, yanvarda Xavi mövsümün sonunda Kataloniya komandasından ayrılacağını bildirsə də, apreldə klub rəhbərliyi ispan mütəxəssisi qalmağa razı sala bilib.

Xatırladaq ki, futbol üzrə İspaniya çempionatının 34 turundan sonra “Barselona” 73 xal toplayaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. İkinci pilləyə qayıdan “Jirona”nın isə 74 xalı var./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!